18 C
Baku
Bazar, Oktyabr 24, 2021

ABŞ Dövlət katibi Gəncəyə və Xankəndiyə raket atılmasını pislədi

ABŞ Dövlət katibi Mayk Pompeo Qarabağ münaqişəsi ilə bağlı yeni tvit atıb.

O, tərəfləri atəşkəs rejimini pozmamağa və yaşayış məntəqələrinə atəş açmamağa çağırış edib.

“ABŞ Azərbaycan və Ermənistanı atəşi dayandırmaq barədə razılaşmaya əməl etməyə, Gəncə və Xankəndi kimi yaşayış məntəqələrini atəşə tutmamağa çağırır. İnsan tələfatından təəssüfümüzü bildiririk və münaqişənin dinc yolla həllinə tərəfdarıq”- deyə Dövlət katibi Mayk Pompeo açıqlama verib.

Mənbə:Modern.az
Son xəbərlər
Oxşar xəbərlər