16 C
Baku
Friday, November 22, 2024

ABŞ Dövlət Departamenti Ər-Riyada 1 milyard dollar dəyərində silah satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına təxminən 1 milyard dollar dəyərində raket, artilleriya mərmiləri və tank sursatının potensial satışına icazə verib.

Bu barədə hökumətlərarası müqavilələr üzrə xaricə hərbi texnika və silah tədarükünə cavabdeh olan ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Əməkdaşlığı Agentliyi məlumat yayıb.

ABŞ-nin xarici siyasət idarəsi Ər-Riyada 655 milyon dollar dəyərində “AGM-114R3 Hellfire II” raketlərinin, 251,8 milyon dollar dəyərində “AIM-9X Block II Sidewinder” raketlərinin, həmçinin 139 milyon dollar dəyərində artilleriya mərmiləri və tank və pulemyot sursatının “mümkün satışını təsdiqləyib”. Krallıq daha əvvəl ABŞ-dən 2503 ədəd “AGM-114R3 Hellfire II” və 220 ədəd “AIM-9X Block II Sidewinder” raketinin alınmasına icazə istəmişdi.

Vaşinqton administrasiyası artıq bu qərar barədə Konqresə məlumat verib. Qanunverici orqanın indi potensial sövdələşməni nəzərdən keçirmək və onu mümkün bloklamaq üçün 30 günü var.

Pentaqon əmin edib ki, satış ABŞ-nin döyüş hazırlığına mənfi təsir göstərməyəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər