ABŞ Dövlət Departamentinin müşaviri Derek Çollet bu gün Gürcüstana səfər edəcək.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin internet saytında məlumat yerləşdirilib.
Bildirilib ki, iki gün davam edəcək səfərin məqsədi gürcüstanlı tərəfdaşlarla Avropa təhlükəsizliyi və demokratik inkişafla bağlı məsləhətləşmələr aparmaqdır.
Derek Çolletin səfər çərçivəsində hökumət və müxalifət üzvləri ilə, vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirəcəyi bildirilib.
Gürcüstana səfərindən öncə Moldovada olan Derek Çollet mayın 20-də Londona yola düşəcək.