8 C
Baku
Monday, November 18, 2024

ABŞ dövlət katibi ilə Çin XİN rəhbəri arasında telefon danışığı olub

ABŞ dövlət katibi Entoni Blinken və Çinin xarici işlər naziri Van İ arasında telefon danışığı olub.

Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində məlumat yayılıb.

Tərəflər telefon danışığı zamanı ABŞ-Çin münasibətlərini haqda danışıblar.

Blinken həmsöhbəti ilə Rusiya və Ukrayna arasındakı müharibəni, həmçinin bu müharibənin qlobal təhlükəsizlik və iqtisadi stabillik üçün yaratdığı təhlükələr barədə müzakirə aparıb.

Onlar həmçinin Haitidəki humanitar vəziyyətin pisləşməsini və Haiti xalqının dəstəklənməsi üçün koordinasiya olunmuş qarşılıqlı fəaliyyətin davam etdirilməsinə dair fikir mübadiləsi aparıblar.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər