ABŞ növbəti maliyyə ilində döyüş sursatlarının alınmasına 30.6 milyard dollar xərcləmək niyyətindədir.
Bu barədə ABŞ müdafiə nazirinin birinci müavini Ketlin Hiks Pentaqonda keçirilən brifinqdə bildirib.
“2024-cü maliyyə ilində 30,6 milyard dollar dəyərində sursat alacağıq ki, bu da 2023-cü maliyyə ilindən təqribən 12% çoxdur”, – o deyib.