14 C
Baku
Saturday, November 23, 2024

ABŞ dünya bazarlarında neftin qiyməti üzrə proqnozunu yüksəldib

ABŞ Energetika Nazirliyi 2024-cü ildə “Brent” markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 82.42 dollardan 87 dollaradək endirib.

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına əsasən, 2024-cü ildə WTI markalı neftinin qiyməti 82.15 dollar (öncəki proqnoz – 77.68 dollar) səviyyəsində olacağı ehtimal olunur.

Bununla yanaşı, qurum 2025-ci il üçün “Brent” və WTI neft markalarının qiymətləri üzrə proqnozunu da açıqlayıb. Belə ki, EIA gələn il “Brent”ın qiymətinin 84.8 dollar (öncəki proqnoz – 79.48), WTI-ın isə 80.3 dollar (öncəki proqnoz – 74,98) səviyyəsində olacağını ehtimal edir.

Hesabatda qeyd olunur ki, 2023-cü ildə “Brent”neftin orta qiyməti 82.41 dollar, WTI markalı xam neftin bir barelinin orta qiyməti isə 77.58 dollar səviyyəsində olub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər