ABŞ strateji ehtiyatlardan rekord miqdarda neft çıxarmaq qərarının enerji bazarına güclü təsir göstərəcəyini gözləyir.
Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə baş məsləhətçisi Amos Hokstin bildirib.
Onun sözlərinə görə, Vaşinqton artıq bu qərarın nəticələrini qeydə alır və yanacağın qiyməti azalmağa başlayıb.
Xatırladaq ki, bundan öncə ABŞ prezidenti Co Bayden altı ay ərzində strateji ehtiyatlarından əlavə gündəlik 1 mln. barel nefti bazara çıxaracağı barəsində elan verib.