9 C
Baku
Friday, January 3, 2025

ABŞ dünya üzrə korporativ gəlir vergisinin ən azı 15% olmasını təklif etdi

ABŞ-ın Maliyyə Nazirliyi dünya üzrə korporativ gəlir vergisinin ən azı 15% səviyyəsində olmasını təklif edib. Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Xatırladaq ki, hal-hazırda korporativ gəlir vergisi praktik olaraq sıfıra bərabərdir və bu, ABŞ-ın və digər ölkələrin vergi toplama qabiliyyətinə xələl gətirir. Bu barədə idarənin saytında bildirilir.

Təklif G20 və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəhbərlik etdiyi beynəlxalq vergi strukturuna dair danışıqlar çərçivəsində irəli sürülüb.

ABŞ-ın maliyyə naziri Janet Yellen 5 aprel tarixində korporativ vergilər üçün vahid minimum hədd tətbiq edilməsini təklif edib. O, son 30 ildə ölkələrin çoxmillətli şirkətləri cəlb etmək üçün korporativ vergi dərəcələrini azaltdığını vurğulayıb.

Nazirin sözlərinə görə, minimum həddin tətbiq edilməsi ölkələr arasında vergi rəqabətini azaltmağa kömək edəcək.

Son xəbərlər
Digər xəbərlər