Amerika Birləşmiş Ştatlarının administrasiyası 2023-cü maliyyə ilində (30 sentyabrda başa çatıb – Qeyd) dünya üzrə demək olar ki, rekord sayda – 10 milyondan çox viza verib.
Bu barədə Dövlət Departamentinin yazılı açıqlamasında deyilir.
Departament əlavə edib ki, ABŞ biznes və turizm üçün demək olar ki, 8 milyon ziyarətçi vizası verib ki, bu da 2015-ci ildən bəri ən yüksək rəqəm hesab olunur.
“Dövlət Departamenti 600 mindən çox tələbə vizası verib ki, bu da 2017-ci maliyyə ilindən bəri ən yüksək rəqəmdir. Hindistandakı səfirliyimiz və baş konsulluqlarımız tarix boyu rekord sayda tələbə vizası verib – 140 mindən çox”.