Birləşmiş Ştatlar dünyada koronavirusdan ölənlərin sayına görə İtaliyanı qabaqlayıb.
Bu barədə federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.
Qeyd edilir ki, ABŞ dünyada koronavirusdan ölənlərin sayına görə birinci yerə çıxıb.
Universitetin məlumatına görə, ABŞ-da hazırda koronavirusdan 18 860 ölüm qeydə alınıb. İtaliyada isə pandemiya qurbanlarının sayı 18 849 nəfər təşkil edir.
ABŞ dünyada virusa yoluxanların sayı üzrə də birinci yerdədir. Birləşmiş Ştatlarda 500 594 nəfər COVID-19 infeksiyasına yoluxub, 29 223 xəstə sağalıb. İtaliyada isə 147 577 insana koronavirus diaqnoz qoyulub, 30 455 nəfər sağalıb.
Qeyd edək ki, cümə günü Birləşmiş Ştatlarda cümə günü koronavirusdan ölüm sayında antirekord qeydə alınıb. Ölkədə bir gün ərzində 2 108 nəfər pandemiyanın qurbanı olub. Report