11 C
Baku
Monday, November 25, 2024

ABŞ dünyanın ən böyük LNG ixracatçısına çevrilib

ABŞ dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçısına çevrilib, lakin daxili imkanlara görə tədarükdə artım məhduddur.

Bu barədə ABŞ Energetika Nazirliyininin Enerji İnformasiya Administrasiyasının (EIA) enerji təhlili üzrə rəhbərinin köməkçisi Ancelina Laros bildirib.

“Biz dünyanın ən böyük LNG ixracatçısıyıq, lakin ölkədə dəqiq olaraq tutum məhdudiyyətləri var”, – Ancelina Laros qeyd edib.

Onun sözlərinə görə, əsas məhdudiyyət yeni ixrac infrastrukturunun qurulmasının sürətidir.

Ancelina Laros onu da əlavə edib ki, enerji daşıyıcılarının “çevik həcmdə” tədarükünün mümkünlüyü və konkret ərazilərdə qazın tədarükü üçün uzunmüddətli müqavilələrin olmaması ixracın artmasında mühüm rol oynayır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər