ABŞ Ədliyyə Nazirliyi “Paramount”un “Warner Bros”u satın almasına qarşı çıxmayıb

ABŞ-nin Ədliyyə Nazirliyi “Paramount Skydance” şirkətinin media konqlomeratı “Warner Bros. Discovery” şirkətini potensial satın alınması ilə bağlı antiinhisar araşdırmasını başa çatdırıb və sövdələşmənin qarşısını almaq üçün heç bir əsas tapmayıb.

Nazirlik bu barədə 12 iyunda dərc olunmuş yazılı açıqlamada bildirib.

Sənəddə qeyd olunur ki, antiinhisar bölməsi təklif olunan birləşmənin təhlilini başa çatdırıb və sövdələşmənin rəqabətə və ya Amerika istehlakçılarına zərər verməyəcəyi qənaətinə gəlib.

Potensial sövdələşmənin dəyəri təxminən 110 milyard dollardır. Tərəflər arasında danışıqlar ötən ildən davam edir.

Daha əvvəl “Netflix” yayım xidməti də təxminən 83 milyard dollar təklif edərək Warner Bros. şirkətini satın almaqda maraqlı olduğunu bildirmişdi.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər