10 C
Baku
Wednesday, December 11, 2024

ABŞ energetika naziri yanacaq qiymətlərini aşağı salmağa çağırıb

ABŞ-ın energetika naziri Cennifer Qranholm ölkənin enerji şirkətlərini yanacağın qiymətlərini aşağı salmağa və yanacaq tədarükünü bərpa etməyə çağırıb.

Bu barədə nazirliyin rəsmi saytına istinadən xəbər verilir.

Məlumatda qeyd olunur ki, şirkətlər rekord dərəcədə yüksək gəlir əldə edirlər, lakin xərcləri istehlakçıların üzərinə keçirirlər.

“ABŞ enerji şirkətlərinin istehlak qiymətlərini azaltmaq və bu ölkənin beş illik diapazondan aşağı olan benzin və dizel ehtiyatlarını bərpa etmək üçün hərəkətə keçməsinin vaxtıdır”, – Cennifer Qranholm qeyd edib.

 

 

Son xəbərlər
Digər xəbərlər