15 C
Baku
Sunday, November 24, 2024

ABŞ Energetika Nazirliyi 2023 və 2024-cü illər üçün “Brent”in qiyməti ilə bağlı proqnozunu artırıb

ABŞ Energetika Nazirliyi 2023-cü il üçün “Brent” markalı neftin qiyməti ilə bağlı proqnozunu bir barel üçün 82.62 dollardan 84.46 dollara yüksəldib. Bu barədə nazirliyin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

2024-cü il üçün proqnoz bir barel üçün 86.48 dollardan 88.22 dollara yüksəldilib. Energetika Nazirliyinin məlumatına görə, avqustda “Brent” markalı neftin orta spot qiyməti 86 dollar/barel təşkil edib. Dördüncü rübdə nazirlik neftin maya dəyərinin orta hesabla 93 dollara qədər artacağını proqnozlaşdırır.

EIA məlumatlarından belə çıxır ki, 2023-cü ilin dördüncü rübündə qlobal neft ehtiyatları sutkada 0.2 milyon barel azalacaq. Bu, Səudiyyə Ərəbistanının könüllü olaraq neft hasilatını azaltması və Rusiya ixracının azalması ilə bağlıdır.

London ICE Futures birjasının ticarət məlumatlarına əsasən, sentyabrın 12-də “Brent” markalı neftin noyabr fyuçersləri 2017-ci ildən bəri ilk dəfə bir barel üçün 92 dolları ötüb. “Bloomberg” OPEC-in hesabatına istinadən etiraf edib ki, qlobal neft bazarı 2007-ci ildən bəri ən böyük kəsirlə üzləşə bilər.

Son xəbərlər
Digər xəbərlər