34 C
Baku
Wednesday, August 17, 2022

ABŞ Enerji Katibinin müavini: “Azərbaycanın ABŞ üçün strateji əhəmiyyəti daha da artıb”

25 il ərzində Azərbaycanın ABŞ üçün strateji əhəmiyyəti daha da artıb.

Banker.az Report agentliyinə istinadən xəbər verir ki, bunu Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı və ABŞ-ın yüksək səviyyəli hökumət nümayəndələrinin iştirakı ilə keçirilən “Əsrin müqaviləsi: 25 illik uğurlu fəaliyyət” adlı tədbirdə ABŞ Enerji Katibinin müavini Mark Menezes bildirib.

“Bu gün biz təkcə “Əsrin müqaviləsi”nin 25 illiyini deyil, həm də ABŞ-la Azərbaycan arasındakı uğurlu əməkdaşlığı qeyd edirik. Trans Adriatik Təbii Qaz Boru Kəməri (TAP) Avropa üçün təkcə enerji təhlükəsizliyini təmin etməyəcək, bu Azərbaycanın və region ölkələrinin iqtisadi müstəqilliyini daha da artıracaq”,- deyə o qeyd edib.

Son xəbərlər
Oxşar xəbərlər