10 C
Baku
Saturday, March 2, 2024

ABŞ Ermənistan şirkətinə qarşı sanksiya tətbiq edib

Birləşmiş Ştatlar cümə axşamı İrana qarşı sanksiyaların syahısını genişləndirib.

Bu barədə ABŞ-ın Maliyyə Nazirliyinə istinadən RİA “Novosti” məlumat yayıb.

İran üzrə sanksiya siyahısına bu ölkənin iki hərbi birləşməsi, iki şirkəti və iki təyyarəsi daxil edilib. Söhbət adı artıq sanksiya siyahısında olan şəxs və şirkətlərlə bağlı tətbiq edilən ikinci dərəcəli sanksiyalardan gedir.

Məlumata görə, siyahıda adı keçən iki şirkətdən biri İranın “Mahan Air” aviaşirkətinin İrəvanda ticarət nümayəndəsi sayılan “Flight Travel LLC” Ermənistan şirkətidir. “Mahan Air” artıq ABŞ-ın sanksiyaları altındadır. Bu şirkət Suriyaya sərnişin və silah daşınmasını təmin edir.

“Flight Travel LLC” “Mahan Air”ə kommersiya dəstəyi səbəbindən sanksiyanın təsir riskinə dair xəbərdarlığa məhəl qoymayıb və indi bu, “Mahan Air”in adından fəaliyyət göstərdiyinə görə sanksiya siyahısına daxil edilən üçüncü şirkətdir”, – deyə Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Eyni səbəbdən İranın “Qeshm Fars Air” aviaşirəti və onun iki “Boeing 747” tipli təyyarəsi də sanksiya altına düşüb. O həmçinin İran İnqilabı Keşikçiləri Korpusu ilə əlaqədə ittiham olunub.

Report

Son xəbərlər
Digər xəbərlər