ABŞ Ermənistana 11.5 milyon dollar məbləğində humanitar yardım ayırıb.
Bunu USİAD-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) direktoru Samanta Pauer sentyabrın 26-da Zəngəzurda jurnalistlərə bildirib.
Avropa Komissiyası mətbuat xidmətinin məlumatına görə, Avropa İttifaqı Komissiyası da Azərbaycanın Qarabağ bölgəsini könüllü olaraq tərk edən erməni sakinlərə yardım məqsədilə 5 milyon avro ayırmağa hazırlaşır.