9 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

ABŞ Fələstin-İsrail münaqişəsinin həlli yolunu adlandırdı

“İki xalq üçün iki dövlət” prinsipi İsrail ilə Fələstin arasındakı münaqişənin həlli üçün ən yaxşı seçimdir. Banker.az “İz.ru”ya istinadən xəbər verir ki, bu fikri 18 may tarixində Reykyavikdəki mətbuat konfransında ABŞ-ın dövlət katibi Entoni Blinken səsləndirib.

“Dünən İsrail, BƏƏ, İordaniya, Tunis, Avropa İttifaqı, bu gün ilsə Mərakeş və Bəhreyn ilə müzakirələr apardıq”, – deyə Blinken qeyd edib.

Xatırladaq ki, “iki xalq üçün iki dövlət” prinsipi BMT-nin Təhlükəsizlik Şurasının 242 (1967) və 338 (1973) saylı qətnamələrində təsbit edilib və Fələstin-İsrail münasibətlərinin tənzimlənməsinin fundamenti rolunu oynayır. Bu prinsip İsrailin 1967-ci il müharibəsindən əvvəl mövcud olan sərhədlərə qayıtmasını nəzərdə tutur.

Daha geniş format Rusiya Xarici İşlər Nazirliyi təklif edib: 4+4+2+1 (Rusiya, ABŞ, BMT, Aİ + Misir, İordaniya, BƏƏ, Bəhreyn + Fələstin, İsrail + Səudiyyə Ərəbistanı).

Qeyd edək ki, Fələstin-İsrail münasibətlərinin kəskinləşməsi 2021-ci ilin may ayının əvvəlində başlayıb və hələ də davam edir.

Son xəbərlər
Oxşar xəbərlər