ABŞ fələstinlilərə növbəti, 135 milyonluq yardım paketini açıqlayıb.
Bunu ABŞ Dövlət katibi Antoni Blinken Qətərdə səfəri zamanı bəyan edib.
“Bu gün biz Qəzza və İordan çayının qərb sahilində, eləcə də bölgədəki fələstinlilər üçün humanitar yardım, su təminatı, səhiyyə üçün əlavə 135 milyon dollar ayırdığımızı elan edirik”, – deyə o bildirib.
Bununla da ABŞ-ın Fələstinə ayırdığı yardım paketinin həcmi 1,2 milyard dollara çatıb.