Türkiyəyə Amerikanın F-16 qırıcılarını satılması İsveç və Finlandiyanın NATO-ya üzvlüyü prosesindən, Ukraynadakı hadisələrdən və Ankara ilə Dəməşq arasındakı münasibətlərin normallaşmasından asılı olacaq.
Bu barədə “Hürriyyet” qəzeti yazıb.
Bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, İsveç və Finlandiyanın NATO-ya qoşulması prosesi Ankara və Vaşinqton arasında F-16 qırıcıları ilə bağlı razılaşmadan ayrı getməlidir:
“Türkiyənin seçki yolunda olduğu bir vaxtda Bayden administrasiyası F-16-nın satışı prosesində topu Konqresə atmış kimi görünür. Prosesin sürəti və təsdiq edilib-edilməməsi çox güman ki, İsveç və Finlandiya problemləri, Dəməşqlə münasibətlərin normallaşması, Ukrayna hadisələri və Türkiyədəki seçki dövrü kimi müxtəlif amillərə bağlı olacaq”.
Qəzet yazır ki, “hətta Yunanıstanda da bəzi ekspertlər Türkiyənin Qərb ittifaqında qalması üçün Ankaraya F-16-ların satılmasının vacib olduğunu iddia edir”.
“Və təbii ki, Konqres üzvləri də bu hesablamanı aparacaqlar”, – “Hürriyet” yazır.
ABŞ daha əvvəl Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini aldığına görə cəza olaraq Türkiyəni F-35 döyüş təyyarəsi proqramından çıxarmışdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha sonra Amerikanın beşinci yox, dördüncü nəsil F-16 qırıcılarının alınması təklifini açıqlamışdı. Müqavilə güclü rəqiblərin olduğu Konqresdə müzakirə edilməli olacaq.