“Facebook” şirkəti amerikalı işçilərə qarşı ayrı-seçkilik ilə bağlı iddiaların həllini tapmaq üçün ABŞ-a 14.25 milyon dollar ödəməyə razılaşıb.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edək ki, hələ 2021-ci ilin dekabrında, Donald Trampın prezidentliyi dövründə ABŞ vətəndaşları “Facebook”un onların namizədliyini nəzərdən keçirmədiyi və müraciətlərinə rədd cavab verdiyi ilə bağlı məhkəməyə şikayət ediblər.
Beləliklə, “Facebook” hökumətə 4.75 milyon dollar, “ayrı-seçkilik qurbanlarına” isə 9.5 milyon dollar ödəyəcək.
Xatırladaq ki, bu iddia Tramp administrasiyasının ölkənin ən böyük texnologiya şirkətlərini daha çox amerikalı işə götürməyə məcbur etmək səyləri çərçivəsində qaldırılıb. Pre