8 C
Baku
Wednesday, December 18, 2024

ABŞ FED-i uçot faiz dərəcəsini endirdi

ABŞ-nin Federal Ehtiyat Sistemi uçot faiz dərəcəsini gözlənildiyi kimi 4.75%-dən 4.50%-ə endirib. Bu, iqtisadçılar tərəfindən konsesus proqnozu doğrulması deməkdir.

Qərar bazar və analitiklərin gözləntiləri ilə üst-üstə düşdü. FedWatch alətinə görə, FES qərarından əvvəl faizin 25 bənd azaldılması ehtimalı 98,6% səviyyəsində qiymətləndirilirdi. Daha 1,4% isə faizin dəyişməz qalmasına aid idi.

Tənzimləyici bildirdi ki, son göstəricilər iqtisadi aktivliyin “əmin addımlarla” artdığını göstərir. İnflyasiya 2%-lik hədəf göstəricisinə yaxınlaşsa da, hələ də bir qədər yüksək səviyyədə qalır.

Tənzimləyici qeyd etdi ki, ilin əvvəlindən etibarən əmək bazarındakı şərtlər ümumilikdə yaxşılaşıb, işsizlik səviyyəsi artsa da, aşağı səviyyədə qalır. FES hesab edir ki, məşğulluq və inflyasiya ilə bağlı hədəflərə çatmaq riskləri ümumilikdə balanslaşdırılıb.

Bu, ardıcıl üçüncü faiz endirimi oldu. Sentyabrda faiz 50 bənd, noyabrda isə 25 bənd azalmışdı.

Faizlə bağlı növbəti iclas 28-29 yanvar tarixlərində keçiriləcək.

İqtisadçılar hesab edirlər ki, 2025-ci ildə ABŞ-da pul-kredit siyasətinin yumşaldılması əvvəlki gözləntilərlə müqayisədə daha mülayim olacaq. Buna səbəb daha yüksək inflyasiya riskidir. Reuters-in sorğusunda iştirak edən ekspertlərin əksəriyyəti inanır ki, yanvarda FES faiz endiriminə ara verəcək.

Son xəbərlər
Digər xəbərlər