13 C
Baku
Tuesday, October 1, 2024

ABŞ Federal Ehtiyat Sisteminə yeni rəhbər təyin edilib

ABŞ Senatı Cerom Paueli Amerikanın Mərkəzi Bakı hesab edilən Federal Ehtiyat Sisteminin (FES) rəhbəri vəzifəsində təsdiqləyib.

“RİA Novosti”yə istinadən xəbərə görə, sərmayəçi bankir Cerom Pauel əvvəllər ABŞ maliyyə nazirinin müavini vəzifəsində çalışıb, 2012-ci ildən FES İdarə Heyətinin üzvü olub.

Cerom Pauel FES rəhbəri vəzifəsində Canet Yelleni əvəzləyəcək.

D.Tramp seçkiqabağı kampaniyası dövründə FES-i və şəxsən Canet Yelleni Barak Obama administrasiyasının təsirinə məruz qalaraq, baza uçot dərəcəsini süni şəkildə aşağı həddə saxlamaqda ittiham edib.

Son xəbərlər
Digər xəbərlər