13 C
Baku
Monday, May 6, 2024

ABŞ Federal Ehtiyatlar Sistemi uçot dərəcələrini artırmağa davam edəcək

ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) sədri inflyasiyanın “çox yüksək” olaraq qalması səbəbindən mərkəzi bankın “uyğun olarsa”, faiz dərəcələrini artırmağa davam edəcəyini bildirib.

FES-in İdarə Heyətinin sədri Cerom Pauel mərkəzi bank rəhbərlərinin illik toplantısında qiymət artımının sürətinin pik nöqtədən aşağı düşdüyünü, bununla belə, həmin rəqəmin 2 faizlik hədəfin üstündə qaldığını söyləyib.

O əlavə edib ki, bu səbəbdən uçot dərəcələri daha uzun müddət yüksək qala bilər.

Birləşmiş Ştatlarda inflyasiya iyul ayına qədər 3,2 faizə çatıb, əsas uçot dərəcəsi isə 5,25 faizdir ki, bu da son 22 ilin ən yüksək səviyyəsidir.

C.Pauel bu rəqəmləri xatırladaraq deyib:

“İnflyasiya pik həddən aşağı düşsə də, hələ də çox yüksək olaraq qalır. Uyğun olarsa, dərəcələri daha da artırmağa hazırıq və inflyasiyanın hədəfimizə doğru davamlı şəkildə aşağı düşdüyünə əmin olana qədər bu siyasəti məhdudlaşdırıcı səviyyədə saxlamaq niyyətindəyik”.

FES-in rəhbəri bildirib ki, inflyasiya keçən il 9.1 faizdən aşağı düşməsinə baxmayaraq, ərzaq və enerji qiymətləri “qeyri-sabit qalıb”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər