13 C
Baku
Sunday, November 24, 2024

ABŞ Finlandiyaya 323 mln. dollar dəyərində silah satır

ABŞ Dövlət Departamenti bir ay ərzində Finlandiyaya ikinci böyük silah satışına öz icazəsini verib.

Fevralda Rusiyanın Ukraynaya təcavüzündən az sonra Finlandiya hökuməti təkcə bu il ərzində öz silahlı qüvvələri üçün silah və digər müdafiə materiallarının alınması üçün əlavə 1.7 milyard avro vəsaitin ayrılması barədə qərar qəbul edib.

Finlandiya hökuməti artıq vəsaitin əhəmiyyətli hissəsini ABŞ-da silah və silah materiallarının alınmasına göndərmək planlarını açıqlayıb.

Bunun fonunda ABŞ Dövlət Departamenti keçən gün təxminən 323.3 milyon dollar dəyərində AIM 9X Block II raketlərinin, AGM-154 Joint Stand Off taktiki bombalarının və müvafiq avadanlıqların satışını təsdiqləyib. Finlandiya yeni silahları ABŞ-dan aldığı yeni beşinci nəsil F-35 döyüş təyyarələri ilə birlikdə istifadə etməyi planlaşdırır.

Cari il noyabr ayın əvvəlində ABŞ Dövlət Departamenti, həmçinin təxmini dəyəri 535 milyon dollar olan 150 İdarəolunan Reaktiv Yaylım Atəş Sistemi (GMLRS) və müvafiq avadanlığın satışını da təsdiqləyib.

Qeyd edək ki, bütün bu satınalmalar iki şimal Avropa ölkəsi Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı Türkiyə ilə davam edən danışıqlar fonunda baş verir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər