31 C
Baku
Monday, June 17, 2024

ABŞ fond birjası 1 əsrlik rekorda imza atıb

ABŞ-ın fond birjasında 119 il ərzində ən böyük çökmə müşahidə olunub. Belə ki, Dow Jones indeksi 5%-dən çox, və ya 911 bənd azalıb.

“APA-Economics” xəbər verir ki, ekspertlər fond birjalarında ticarət əməliyyatlarında 4 günlük tənəzzülü bütün hesablaşmalar dövründə ən pis dövr adlandırıb. Mütəxəssislər 1987-ci ildən maliyyə məlumatlarının və təqdim olunmuş göstəricilərin emalı ilə məşğul olan “FactSet Research Systems”in təqdim etdiyi statistikaya əsaslanaraq bu bəyanatla çıxış edib.
Yanvarın 7-də ticarət əməliyyatlarının yekunlaşdığı vaxt Dow Jones 392,41 bənd və ya 2,3% ucuzlaşaraq 16 514,10 bənddə qərarlaşıb. Bu son 3 ay ərzində ən aşağı göstəricidir. Nasdaq isə 146 bənd və ya 3% azalaraq 4689 bəndə düşüb. Standard & Poor’s 500 indeksi yanvarın 7-də ticarət sessiyasının sonunda 47 bənd və ya 2,4% ucuzlaşaraq 1943 bəndədək  dəyərdən düşüb.
Son xəbərlər
 ⁠
Digər xəbərlər