25 C
Baku
Saturday, July 27, 2024

ABŞ fond indeksləri bahalaşıb

Bazar ertəsi ABŞ-ın əsas fond indeksləri bazarların ölkədəki inflyasiya ilə bağlı statistik məlumatları gözləməsi fonunda bahalaşıb.

Bunu hərrac məlumatından görmək olar.

Belə ki, sənaye indeksi olan “Dow Jones” (DJIA) 0,96% bahaşaraq 32 460,16 bəndədək, yüksək texnologiyalı şirkətlərin indeksi olan NASDAQ 1,13% bahalaşaraq 12 248,9 bəndədək, geniş bazar indeksi olan “S&P 500” isə 1,12% bahalaşaraq 4 112,15 bəndədək artıb.

Analitiklər hesab edirlər ki, avqustda ölkədə illik inflyasiya iyuldakı 8,5%-dən 8,1%-ə qədər azalıb.

Onların fikrincə, istehlak qiymətləri indeksinin dərci bazar iştirakçılarına ABŞ Federal Ehtiyat Sisteminin gələcək pul siyasəti haqqında nəticə çıxarmağa imkan verəcək.

 

 

Son xəbərlər
Digər xəbərlər