22 C
Baku
Friday, September 27, 2024

ABŞ, Fransa, İtaliya və B. Britaniya liderləri enerji təhlükəsizliyi tədbirlərini müzakirə ediblər

ABŞ və Fransa prezidentləri Co Bayden və Emmanuel Makron, İtaliya və Böyük Britaniya baş nazirləri Mario Draqi və Boris Conson, eləcə də Almaniya kansleri enerji təhlükəsizliyi tədbirlərini müzakirə ediblər.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Onlar həmçinin sanksiyalar səbəbindən mövcud pozulma fonunda enerji bazarının sabitliyinin qorunmasının vacibliyini qeyd ediblər”, – mesajda bildirilib.

Liderlər Ukraynadakı hərbi əməliyyata görə Rusiyaya qarşı sanksiya təzyiqini davam etdirmək və təhlükəsizlik sahəsində Kiyevə yardım etmək niyyətindədirlər. Bundan əlavə, Bayden, Makron, Draqi, Conson və Şolts qaçqınlar da daxil olmaqla humanitar yardım göstərmək səyləri barədə danışıblar.

Böyük Britaniyanın baş naziri Conson deyib ki, ölkələr Rusiya rəhbərliyini sözlərinə deyil, hərəkətlərinə görə mühakimə etməlidir. Onun fikrincə, liderlər Moskvanın hərəkətlərinə “amansız” cavab verməlidir.

Beş ölkə liderinin söhbətindən sonra oxşar mesaj İtaliya hökumətinin saytında da dərc edilib.

Xatırladaq ki, martın 29-u Rusiya və Fransa prezidentləri telefonla danışıblar. Kremlin məlumatına görə, tərəflər Mariupoldan mülki əhalinin evakuasiyası və qaz müqavilələrinin ödənilməsi zamanı rus rubluna keçidi müzakirə ediblər. Putin Mariupoldakı “çətin humanitar vəziyyəti” həll etmək üçün ukraynalı əsgərlərin silahlarını yerə qoymalı olduğunu vurğulayıb. Makron isə rusiyalı həmkarı ilə söhbətində qazın rublla ödənilməsinin mümkünsüzlüyünü açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər