9 C
Baku
Saturday, April 13, 2024

ABŞ gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb

ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2024-cü il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu artırıb.

EIA-nın aylıq hesabatına əsasən, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 610 min barel təşkil edəcəyi ehtimal edilir ki, bu da öncəki proqnoz göstəricidən 10 min barel çoxdur.

Proqnoza görə, ötən il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 620 min barel təşkil edib (proqnoz dəyişməyib).

Bununla yanaşı, qurum 2025-ci il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb. Belə ki, EIA-in ehtimalına görə, gələn il ölkədə ortalama gündəlik neft hasilatı 650 min. barel səviyyəsində olacaq.

Hesabata əsasən, 2022-ci ildə ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barel səviyyəsində olub. 2021-ci ildə ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində olub.

Xatırladaq ki, 2019 və 2020-ci illərdə sözügedən göstərici müvafiq olaraq 780 min və 700 min barel səviyyəsində olub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər