ABŞ gələn həftədən miqrantların kütləvi deportasiyasına başlayacaq.
ABŞ-ın immiqrasiya və gömrük polisi milyonlarla miqrantı gələn həftədən deportasiya etməyə başlayacaq.
Bunu ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı öz “Twitter” mikrobloqunda yazıb.
“Gələn həftə ABŞ-ın immiqrasiya və gömrük polisi qanunsuz olaraq Birləşmiş Ştatlar ərazisinə keçmiş milyonlarla əcnəbinin deportasiyası prosesinə başlayacaq. Onlar gəldikləri sürətlə də ölkədən göndəriləcəklər”, – deyə o əlavə edib.