26 C
Baku
Wednesday, April 24, 2024

ABŞ gizli peykini dünyanın ən güclü raketi ilə kosmosa göndərib

“SpaceX” dünyanın ən güclü raketi olan “Falcon Heavy”ni dördüncü dəfə orbitə buraxıb.

Bu barədə şirkətin “Twitter” səhifəsində məlumat verilib.

Buraxılış Florida ştatındakı Con Kennedi Kosmik Mərkəzindən həyata keçirilib. Buraxılış əmrini Pentaqon verib.

Geostasionar orbitə çıxarılan faydalı yükün təyinatı məxfi olaraq təsnif edilib.

NASA-nın məlumatına görə, daşıyıcının baş hissəsində ən azı iki kosmik aparat quraşdırılıb.

Qeyd edək ki, bu, “SpaceX” üçün il ərindəki 50-ci buraxılış olub. “Falcon Heavy” sonuncu dəfə 2019-cu ildə buraxılıb.

MənbəOxu.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər