21 C
Baku
Sunday, June 15, 2025

ABŞ gömrüyü may ayında tariflər hesabına $22.2 milyard toplayıb

ABŞ gömrüyü may ayında tariflər hesabına 22.2 milyard dollar toplayıb ki, bu da ölkənin 687.2 milyard dollarlıq büdcə xərclərinin cəmi 3%-ni təşkil edir. Beləliklə, mütəxəssislərə görə, Trampın ticarət müharibəsidəki “uğuru” dənizdə bir damla kimi görünür.

Aprel ayında ABŞ-də ikinci ən böyük büdcə profisitini qeydə alınıb. Mütəxəssislər bunu digərləri ilə yanaşı, iki amillə əlaqələndirirlər: İlon Maskın Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) uğurlu işi və gömrük rüsumlarının kəskin artması.

May ayında tendensiya nəinki davam edib, hətta daha geniş yayılıb. Belə ki, ABŞ gömrüyünün topladığı 22,2 milyard dollar yeni rekord olub. Bu, Trampın birinci dövründə apardığı ticarət müharibəsindəki göstəricilərdən təxminən üç dəfə çoxdur.

Beləliklə, ABŞ-də büdcənin vəziyyəti yüksək kəsir səbəbindən ağır olaraq qalır: may ayında büdcə xərcləri 687.2 milyard dollar olduğu halda, gəlirləri cəmi 371.2 milyard dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər