9 C
Baku
Thursday, December 12, 2024

ABŞ “Google”u işçilərini qanunsuz şəkildə izləməkdə günahlandırıb

ABŞ-ın Əmək Bürosu “Google”u işçilərini izləməkdə və qanunsuz ixtisarlar həyata keçirməkdə günahlandırıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Rəsmilərin fikrincə, şirkət “iş yerində aktivliyi boğmağa” çalışır.

Verilən məlumata görə, sənədlərdə Lorens Berland və Ketrin Spirsin adları yer alıb. Xatırladaq ki, onlar “IRI Consultants” şirkəti ilə əməkdaşlığa qarşı etiraz etdikləri üçün işdən çıxarılıb.

Berland işçiləri etiraz etməyə təşviq edib, Spirs isə “IRI Consultants”in saytında girərkən açılan “pəncərə” yaradıb. Orada “Google”un işçilərinin “razılaşdırılmış tədbirlərdə iştirak etmək” hüququndan bəhs edilib.

Nəticədə, “Google” hər iki qadını şirkətin təhlükəsizlik siyasətini pozmaqda günahlandıraraq işdən çıxarıb.

Bundan əlavə, Əmək Bürosunun qeyd etdiyi kimi, “Google” işçilərinin təqvimlərinə və fərdi sənədlərinə qanunsuz olaraq müdaxilə edib.

Son xəbərlər
Digər xəbərlər