0 C
Baku
Friday, February 28, 2025

ABŞ gözlənilən addımı atmağa hazırlaşır

Son 8 ay ərzində bütün televizya çıxış, müsahibə və yazılarımda “ABŞ-ın neftin qiymətini düşürmək üçün əsas variantları: Venesuela neftinə qoyulan sanksiyaları ləğv etmək, öz şist neft istehsalını genişləndirməklə yanaşı Liviya və İraq neftinin istehsalını genləndirməkdir. Lakin, bütün bunları kənara qoyub bircə Venesuela neftinin (303 milyard barellik neft ehtiyatlarının həcminə görə dünyada 1-ci yerdədir) dünya bazarlarına çıxışını təmin etsə, neftin bir barelinin qiyməti ən yaxşı halda 50 dollar olar. Çünki, Venesuela neftinin maya dəyəri də şist neftdən çox aşağıdır” fikirlərini vurğulayırdım. ABŞ gözlənilən addımı atır. ABŞ Dövlət Katibi Marco Rubio öz sosial şəbəkə hesabında bu addımın atılacağı anonsunu verdi. Bununla da Biden administrasiyası tərəfindən neft-qaz hasilatına qoyulan bütün limitlər, lisenziyalar ləğv edilir. Rubio qeyd edir ki, bununla Biden administrasiyası qeyri-leqal Maduro rejimini gücləndirmişdir. Mesaj verir ki, Maduro rejimini qanuni rejim hesab etmirlər. Yəqin ABŞ burada da Venesuelaya investisiya qoyuluşu edərək şərik olacaq (Ukrayna kimi). Maduro ABŞ-ın neft hasilatının investisiya qoyluşu ilə müəyyən faizini (yəqin 50%) ABŞ-a verməyə məcbur olar. Trampın təzyiqlərinə davam gətirə bilməz.

Beləliklə, birinci mərhələdə ABŞ neft hasilatını maksimuma çatdırır. Qlobal bazarlara gündəlik 1.5-2 milyon barel neftin daxil olması qiymətləri 60 dolların altına salar. Növbəti addımda isə maya dəyəri şist neftlə müqayisədə çox ucuz olan Venesuela nefti bazara daxil olmaqla qiymətləri 50 dollar səviyyəsinə endirmək. Tramp bu hədəfi sürətləndirmək üçün əlindən gələni edəcək.

Hər bir halda, hələ nəzərdə tutulan tariflərin 10%-i tətbiq olunmayıb, inflyasiya təzyiqi ABŞ-da özünü göstərməyə başlayıb. ABŞ enerji qiymətlərini çökdürməklə artacaq inflyasiyanı kompensasiya etməyə çalışacaq. Bu hələ keçən ildən vurğuladığım fikir idi.

Trampın siyasət sahəsində addımları nə qədər gözlənilməz olsa da, iqtisadi məsələlərdə gözlənilən addımlar daha rahat oxunur. Çünki strategiyasını həyata keçirmək üçün müəyyən iqtisadi gedişləri etmək məcburiyyətindədir.

3333

Addımlarının proqnozlaşdırıla bilinən hissələri ilə bağlı: gözlənildiyi kimi, Elon Mask həqiqətən dövlət sektorunda ciddi ixtisar və dəyişikliklərə getməklə dərin dövlətdə öz təsirlərini artırmağa başlayır. Korrupsiyaya qarşı mübarizə ilə səmərəliliyi artırmaq. Bu isə fiskal siyasətdə konkret olaraq 6.75 trilyonluq büdcənin 1.83 trilyonluq (bu il sonu 2 trilyona çatması gözlənilir) büdcə kəsirinin minimallaşdırılmasına nail olmağa müəyyən dərəcədə yarıdm edəcək.

Fiskal siyasətdə digər ölkələrdə də oxşar addımlar atılacaq. Səmərəliliyi artıran ən məqsədəuyğun yol isə büdcə xərclərinin geridönüş hesablamalarının aparılmasıdır…

Müəllif:
Elman Sadıqov
iqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər