15 C
Baku
Friday, September 20, 2024

ABŞ günəş panellərini təkrar emal edəcək

Danimarkanın bərpa olunan enerji firması “Orsted” ABŞ-da istifadə müddəti bitmiş bütün günəş panellərini təkrar emal etmək üçün Texas mərkəzli “SOLARCYCLE” ilə əməkdaşlıq edəcəyini açıqlayıb.

“Orsted”in istifadə müddəti bitmiş günəş panellərinin 100 faizini təkrar istifadə etmək və ya təkrar emal etmək öhdəliyi günəş sənayesində bir ilkdir. Bununla birlikdə, 2021-ci ildə “Orsted” “First Solar” ilə nazik təbəqə modulları üçün təkrar emal müqaviləsi bağlayıb. “SOLARCYCLE” ilə 2022-ci ildə Texasda təkrar emal mərkəzini açıb.

‘Orsted”in ABŞ-dakı günəş layihələri hələ ilkin mərhələdə olsa da, o, artıq 4000 paneli təkrar emal edib. “Orsted” günəş panellərinin təkrar emalı ilə yanaşı, 2030-cu ilə qədər 50 qiqavat bərpa olunan enerji tutumunun (günəş və külək) quraşdırılması üçün 68 milyard dollar sərmayə qoyacağını da açıqlayıb.

ABŞ Milli Bərpa Olunan Enerji Laboratoriyasının 2022-ci ildəki məlumatlarına görə, günəş panellərinin təkrar emalı 2040-cı ilə qədər ABŞ-da yerli günəş enerjisi istehsalı ehtiyaclarının ən azı 25-30 faizini ödəyə bilər.

Son xəbərlər
Digər xəbərlər