5 C
Baku
Wednesday, February 21, 2024

ABŞ Gürcüstana 140 ton hərbi yardım çatdırıb

ABŞ Gürcüstan Müdafiə Nazirliyinə 140 ton hərbi yardım çatdırıb.

Bu barədə cümə günü ABŞ-ın Tbilisidəki səfirliyinin “Facebook” sosial şəbəkəsində dərc olunmuş mesajında ​​deyilir.

“Bu gün biz Gürcüstanın Müdafiə Nazirliyinə 140 ton təhlükəsizlik texnikası təhvil verdik. ABŞ Gürcüstanla strateji tərəfdaşlığa sadiq qalır və Gürcüstan Müdafiə Qüvvələrini gücləndirməkdə davam edəcək”, – məlumatda bildirilib.

Səfirlik ABŞ-dan Gürcüstana hansı hərbi yükün gətirildiyini dəqiqləşdirməyib.

Qeyd edək ki, Gürcüstan və ABŞ 1992-ci ildən siyasət, iqtisadiyyat, ticarət, 1990-cı illərin sonundan isə müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq edir. 2009-cu ilin yanvarında Vaşinqtonda iki ölkə arasında təhlükəsizlik, müdafiə, ticarət, iqtisadiyyat, mədəniyyət, eləcə də humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan Strateji Tərəfdaşlıq Xartiyası hazırlanıb.

Son xəbərlər
Digər xəbərlər