5 C
Baku
Friday, March 29, 2024

ABŞ Gürcüstana 67 milyon dollar qrant ayırıb

Gürcüstan ABŞ-dan 67 milyon dollar həcmində qrant alıb.

Bununla bağlı Gürcüstan hökuməti və ABŞ-ın USAID təşkilatı arasında saziş imzalanıb.

Sənədi Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili və USAID-nin missiya rəhbəri Piter Vibler imzalayıblar.

Mərasimdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və ABŞ-ın bu ölkədəki səfiri Kelli Deqnan iştirak ediblər.

“Gürcüstanın dayanıqlı inkişafının təşviqi üçün” adlı qrant proqramı çərçivəsində ayrılacaq vəsaitin 330 milyon dollara çatdırılması perspektivi var.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər