4 C
Baku
Sunday, January 18, 2026

ABŞ hərbçilərinin Kabul hava limanında atəş açması nəticəsində ölənlər var

ABŞ hərbiçilərinin Əfqanıstanın Kabul hava limanında atəş açması nəticəsində bir neçə şəxs öldürülüb. Xatırladaq ki, daha əvvəl şahidə şahidinə istinadən ABŞ hərbiçilərinin Əfqanıstanın paytaxtındakı hava limanında çoxlu insanın uçuş zolağına girərkən xəbərdarlıq atəşi açdığını bildirilib.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Əfqanıstandakı vəziyyət son həftələrdə xüsusilə ağırlaşıb. Bazar günü media və mənbələr üsyançıların bütün sərhəd keçidlərində nəzarəti ələ keçirdiklərini yazıb. Elə həmin gün taliblər Kabula daxil olublar və prezident sarayını nəzarət altında götürüblər.

Əfqanıstan prezidenti Əşrəf Qani “qırğının qarşısını almaq üçün” ölkəni tərk edib.

Son xəbərlər
Digər xəbərlər