ABŞ məxfi hərbi məlumatlarına haker hücumu etməsini etiraf edən çinli biznesmen ABŞ-da 4 ilə yaxın azadlıqdan məhrum edilib.
Su Bin etiraf edib ki, 2008 və 2014-cü illər arası ABŞ müdafiə şirkətlərinin məlumatlarını oğurlamaq üçün Çin hərbi hakerlərilə əməkdaşlıq edib.
O, 2014-cü ildə Kanadada saxlanılaraq ABŞ-a ekstradisiya olunub.
Çin hökuməti hər hansı dövlət və ya xarici şirkətin hakerlik etməsini qəti şəkildə təkzib edib.
Los Angeles məhkəməsi 46 aylıq həbs cəzası ilə yanaşı Su-ya 10 min dollar cərimə də təyin edib.
“Su, Çin hərbi hakerlərinin bizim milli müdafiəmiz üçün vacib olan hərbi hava qüvvələrinin ən müasir dizaynlarını oğurlamasına kömək edib”, baş prokuror köməkçisi John Carlin deyib.
Maliyyə qazancı
Cənab Su məhkəmədə özünü yalnız bir ittihamla, icazəsiz olaraq müdafiə olunan kompyüterə daxil olmaq və Silah İdxalına Nəzarət Aktını pozmaqda təqsirli bilib. O deyib ki, hakerlərə sırf şəxsi maliyyə qazancı üçün kömək edib.
Su Bin oğurlanan məlumatları Çin dilinə tərcümə etməkdə də özünü təqsirli bilib.
Sonradan Çin şirkətlərinə satmaq məqsədilə haker hücumu əsasən nəqliyyat və qırıcı təyyarələr haqda məlumat bazalarına edilib.
Çin və ABŞ, hər ikisinin əziyyət çəkdiyi kiber hücumların arxasında kimin dayanması ilə bağlı mütəmadi olaraq bir-birinə qarşı ittiham irəli sürür.
2015-ci ildə ABŞ hakimiyyəti kiber hücumlar haqqında siyahı təqdim etdikdən sonra Çin, araşdırma və inkişaf məlumatlarını oğurlamaqda ittiham etdiyi bir qrup hakeri həbs edib.
—BBC