26 C
Baku
Saturday, April 20, 2024

ABŞ hakimiyyəti “Huawei” ilə ticarət üçün lisenziyalar verəcəyinə söz verib

ABŞ-ın bəzi şirkətləri tezliklə “Huawei” in avadanlıqlarını tədarük etmək üçün icazə alacaqlar.

Banker.az xəbər verir ki, bu haqda ABŞ-ın ticarət naziri Wilbur Ross məlumat verib.

Nazirin qeyd etdiyi kimi, “Huawei” qara siyahıya əlavə olunduqdan sonra şirkət ilə ticarət münasibətlərini bərpa etmək üçün ABŞ-ın ticarət nazirliyi 206 müraciət qəbul edib.

Wilbur Ross bildirir ki, “Huawei” ilə ticarət üçün lisenziyalar “yaxın bir zamanda” veriləcək. Eyni zamanda Ross ABŞ ilə Çin arasında ticarət razılaşmasının bağlanmasını gözlədiyini qeyd edir.

Xatırladaq ki, ABŞ “Huawei” şirkətini “qara siyahı” ya 2019-cu ilin mayında əlavə etmişdir. Bu qərar amerikan şirkətlərinin onun avadanlıqlarını tədarükünün qadağan edilməsini nəzərdə tutur.

“Digitimes Research” in verdiyi məlumata görə, 2019-cu ilin sonuna qədər “Huawei” istehsal etdiyi smartfonların 70%-də öz prosessorunu yerləşdirəcək. Daha əvvəl bu rəqəm 50%-dən az olub.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər