13 C
Baku
Thursday, September 19, 2024

ABŞ HƏMAS-la əlaqəli şəxslərə və bir şirkətə qarşı sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyi HƏMAS terror təşkilatı ilə əlaqəli şəxslərə və 1 şirkətə qarşı yeni sanksiyalar elan edib.

Bu barədə qurumun yaydığı sənəddə qeyd olunub.

“ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) Qəzza zolağında, Sudan, Əlcəzair və Qətər də daxil olmaqla, HƏMAS terror təşkilatının 10 əsas üzvü, yaraqlı və maliyyə vasitəçilərinə qarşı sanksiya tətbiq edib”, – ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilib.

Sanksiya siyahısına İordaniya, Fələstin, Misir və Sudan vətəndaşları, həmçinin “Buy Cash Money and Money Transfer” şirkəti daxil edilib.

Son xəbərlər
Digər xəbərlər