8 C
Baku
Wednesday, October 30, 2024

ABŞ Hindistan banklarına sanksiya xəbərdarlığı edib

ABŞ Maliyyə Nazirliyi Hindistan banklarına xəbərdarlıq edib.

Bu barədə “Reuters” agentliyi ölkənin maliyyə nazirinin birinci müavini Uolli Adeyemonun Hindistan Banklar Assosiasiyasına göndərdiyi məktuba istinadən məlumat yayıb.

“Biz bilirik ki, Rusiya ordusu kritik malların, o cümlədən mikroelektronikanın idxalına arxalanır və xarici maliyyə institutlarına müraciət edir”, – məlumatda deyilir.

Bildirilir ki, Hindistan bankları 30 gün ərzində ölkə bizneslərini ABŞ-nin anti-Rusiya məhdudiyyətləri barədə məlumatlandırmaq üçün tədbirlər görməlidir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər