10 C
Baku
Friday, December 13, 2024

ABŞ, Hindistan, İspaniya, Portuqaliya, CAR – Azərbaycan bu ölkələrdən idxala müvəqqəti məhdudiyyət qoydu

Azərbaycanda bir sıra ölkələrdən idxal və tranzitə müvəqqəti məhdudiyyət qoyulub. Bu ölkələrə Cənubi Afrika Respublikası (CAR), Hindistan, İspaniya, Portuqaliya və Amerika Birləşmiş Ştatları (ABŞ) daxildir. Artıq bu ölkələrdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Banker.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, bu məhdudiyyətə səbəb Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatı olub. Təşkilatın məlumatına əsasən, CAR-ın Mpumalanqa əyalətində dabaq, Hindistanın Himaçal-Pradeş,  Dehli, Çhattisqarh və Orissa ştatlarında nodulyar dermatit, İspaniyanın Estremadura muxtar icmasında, Portuqaliyanın Evora dairəsində və ABŞ-ın Kaliforniya ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

AQTA-dan bildirilir ki, respublika ərazisinin yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə CAR-ın Mpumalanqa əyalətindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın  idxalına, həmçinin tranzit daşınmasına, Hindistanın müvafiq ştatlarından bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların, o cümlədən İspaniyanın Estremadura muxtar icmasından, Portuqaliyanın Evora dairəsindən və ABŞ-ın Kaliforniya ştatından diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

 

 

 

Son xəbərlər
Digər xəbərlər