ABŞ prezidenti Donald Tramp bildirib ki, tərəflər ticarət razılaşmasına nail ola bilməsələr, o, Hindistandan gətirilən mallara əlavə 20-25% rüsum tətbiq edəcək.
“Hindistan həmişə bizim yaxşı dostumuz olub, eyni zamanda Hindistan ən çox tarif tətbiq edən ölkələr sırasındadır”, – deyə Tramp bildirib.
Xatırladaq ki, ABŞ aprelin 2-də Hindistan mallarına 26% rüsum tətbiq edib, lakin sonra iki tərəfin ticarət razılaşmasına nail olması üçün onları dayandırıb. Bu müddət avqustun 1-də başa çatır. ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qir dünən bildirib ki, Hindistanla danışıqlar aparmaq üçün bu ölkənin öz bazarını Amerika ixracatına açmaq istəyini qiymətləndirmək lazımdır.