ABŞ-ın müdafiə nazirinin birinci müavini Ketlin Hiks hipersəs silahlara qarşı vasitələrin hazırlanması üzərində iş aparıldığını açıqlayıb.
“Biz hipersəs silahlara qarşı vasitələrin hazırlanmasına da investisiya yatırırıq, çünki başqa ölkələrin belə silahlardan istifadə edəcəyi təqdirdə özümüzü müdafiə edə biləcəyimizə əmin olmaq istəyirik”, – ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi deyib.
O həmçinin vurğulayıb ki, ABŞ özü də hipersəs silahlar hazırlayır.