26 C
Baku
Saturday, July 27, 2024

ABŞ hökumət rəsmilərinə “TikTok”dan istifadə etməyi qadağan edir

ABŞ-ın Nümayəndələr Palarasının üzvləri hökumət rəsmilərinə “TikTok” tətbiqindən istifadə etməyi qadağan etmək təşəbbüsünü dəstəkləyiblər. Banker.az xəbər verir ki, bu barədə aşağı palatanın saytında məlumat verilib.

Müvafiq təşəbbüs oktyabrın 1-də başlayan növbəti maliyyə ili üçün müdafiə büdcəsi layihəsinə daxil edilmişdir.

Qeyd edək ki, Konqresin 336 üzvü bu qərarın lehinə, 71 üzvü isə əleyhinə səs verib.

Dəyişikliklərə görə, Çinə məxsus olan “TikTok” tətbiqi ölkənin milli təhlükəsizliyinə “təhlükə” yaradır və konqresmenlərin fikrincə, bu xidmət gələcəkdə ABŞ-a kiberhücumlar etmək məqsədi ilə istifadə edilə bilər.

Son xəbərlər
Digər xəbərlər