28 C
Baku
Wednesday, June 26, 2024

ABŞ hökuməti “Apple”a qarşı məhkəmə iddiasını geri götürdü

ABŞ Ədliyyə Nazirliyi terrorçuya məxsus smartfonun məlumatlarını təqdim etmək tələbi ilə “Apple” korporasiyasına qarşı qaldırdığı məhkəmə iddiasını geri götürüb.

“Reuters”ə istinadən verdiyi xəbərə görə, hakimiyyət orqanları ötən ilin dekabrında San-Bernardino şəhərində terror törətmiş şəxsə məxsus smartfonu “sındırmağa” nail olduqlarını və “Apple”ın köməyinə ehtiyac qalmadığını bildiriblər. Bu səbəblə Kaliforniya məhkəməsində qaldırılmış iddia geri götürülüb. Ədliyyə Nazirliyinin mətbuat katibi Melani Nyuman deyib ki, hazırda Federal Təhqiqatlar Bürosu smartfondakı məlumatları öyrənir. “Apple” məsələni şərh etməyib.Federal Bureau of Investigation FBI logo via AFP

Xatırladaq ki, “Apple” korporasiyası ötən ilin dekabrında San-Bernardino şəhərində terror törədən Səid Farukun “iPhone”undakı məlumatları Federal Təhqiqatlar Bürosuna (FBİ) təqdim etməkdən imtina edib. Şirkət dövlət orqanının sorğusunun özəl həyatın gizliliyinə, vətəndaş hüquq və azadlıqlarına zidd olduğunu və bu tələbi yerinə yetirməyəcəyini bildirib. Buna cavab olaraq ABŞ Ədliyyə Nazirliyi məhkəməyə müraciət edərək şirkət haqqında məcburedici qərar çıxarılmasını istəyib.

Qeyd edək ki, 2015-ci ilin dekabrında Kaliforniyanın San-Bernardino şəhərində məhdud imkanlı şəxslərin qaldığı mərkəzə terror hücumu zamanı 14 nəfər öldürülüb, 17 nəfər yaralanıb. Terror hücumunda Səid Rizvan Faruk və Taşfen Malik adlı 2 şəxs iştirak edi

lent.az

Son xəbərlər
 ⁠
Digər xəbərlər