8 C
Baku
Friday, December 13, 2024

ABŞ hökuməti axtarış sistemləri bazarındakı “inhisara” görə “Google”a qarşı iddia qaldırdı

ABŞ-ın Ədliyyə Nazirliyi axtarış sistemləri bazarındakı “inhisara” görə 2020-ci il 20 oktyabr tarixində “Google”a qarşı iddia qaldırıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Verilən məlumata görə, istintaq prosesinə 11 ştatın prokurorları qoşulub.

Hökumət “Google”un mobil telefon istehsalçılarına, operatorlara və brauzerlərə külli miqdarda vəsait ödəyir ki, onlar yalnız onun axtarış sistemindən istifadə etsinlər. Bu barədə “The Wall Street Journal” məlumat verib.

Ədliyyə Nazirliyi “Google”un ABŞ-da axtarış sistemləri bazarının 88%-ni tutduğunu bildirib. Hökumət hesab edir ki, şirkətin bu davranışı axtarış xidmətlərinin keyfiyyətini aşağı salmaqla istehlakçılara ziyan vurub.

Xatırladaq ki, 2020-ci ilin iyul ayında “Google”, “Facebook”, “Amazon” və “Apple” nümayəndələri ABŞ Konqresi qarşısında çıxış ediblər. Dinləmələr zamanı sədr Devid Sisillin şirkətlərin “gücləri genişləndirmək üçün mövcud texnologiyaya nəzarətlərindən sui-istifadə etdiklərini” söyləyib.

Mütəxəssislərin fikrincə, bu iddia illərlə davam edə bilər, hökumətin bu məsələdə qalib gəlməsi isə internet-iqtisadiyyatı kökündən dəyişdirəcək.

CNBC-nin qeyd etdiyi kimi, bu, 1998-ci ildən bəri inhisar ilə əlaqəli ən böyük məhkəmə iddiasıdır.

Son xəbərlər
Digər xəbərlər