21 C
Baku
Thursday, October 10, 2024

ABŞ hökuməti BƏƏ-yə 2,9 mlrd. dollar dəyərində dronlar satacaq

ABŞ-ın Dövlət Departamenti Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) 18 ədəd MQ-9 və 50 ədəd F-35 satmağa icazə verib.

Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

Verilən məlumata görə, birinci müqavilənin dəyəri 2,9 milyard dollar, ikinci müqavilənin dəyəri isə 10, 4 milyard dollar təşkil edir.

Siyasətçilər BƏƏ-nin silahlanma sahəsində Rusiya və Çin ilə əməkdaşlıq etdiyini xatırladıblar. Məsələn, 2017-ci ildə Abu-Dabi və Moskva arasında beşinci nəsil qırıcıların inkişaf etdirilməsi, o cümlədən Rusiyadan Su-35 təyyarələrinin alınması məsələləri əhatə edən müqavilələr imzalanıb.

Son xəbərlər
Digər xəbərlər