12 C
Baku
Monday, September 30, 2024

ABŞ hökuməti dekabrın 9-u “Facebook”u məhkəməyə verəcək

ABŞ-ın 40-dan çox prokuroru dekabrın 9-u “Facebook”a qarşı məhkəmə iddiasını açmağa hazırlaşır.

Banker.az xəbər verir ki, bu barədə “The Washington Post” yazıb. Onların sözlərinə görə, şirkət öz mövqeyini gücləndirmək üçün rəqiblərini ya alır, ya da “məhv” edir.

Bildirildiyi kimi, iddianın son tarixi dəyişə bilər. Prokurorlar xüsusilə “Instagram” və “WhatsApp”ın alışı mövzularına diqqət yetirəcəklər. Belə ki, bu iki müqavilə istifadəçiləri alternativlərdən məhrum edərək, “Facebook”a bazarın lideri olmağa imkan verib.

İddiaçılar məhkəmədən “Facebook”u biznesinin bir hissəsini satmağa və gələcək müqavilələr barədə əvvəlcədən məlumat verməyə məcbur etməsini tələb edirlər. “Facebook” bununla bağlı fikir bildirməkdən imtina edib.

Xatırladaq ki, 2020-ci ilin oktyabr ayında ABŞ məhkəməsinin antimonopoliya hüququ üzrə alt komitəsi “Facebook”u monopoliyada günahlandırıb. ABŞ Konqresində çıxış edən Mark Çukerberg sosial şəbəkələrin keyfiyyətinin yüksək olduğunu vurğulayıb və “TikTok” kimi yeni platformaların meydana gəlməsinin sağlam rəqabəti nümayiş etdirdiyini qeyd edib.

Son xəbərlər
Digər xəbərlər